Sançes “Mançester Yunayted”də, Mxitaryan “Arsenal”da | 1news.az | Xəbərlər
Futbol

Sançes “Mançester Yunayted”də, Mxitaryan “Arsenal”da

10:13 - 23 / 01 / 2018
Sançes “Mançester Yunayted”də, Mxitaryan “Arsenal”da

“Arsenal”ın futbolçusu Aleksis Sançeslə “Mançester Yunayted”in oyunçusu Henrix Mxitaryan klublarını dəyişiblər.

1news.az-ın sport.rbc.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə futbolçuların klubları məlumat yayıblar. Belə ki, klublar qarşılıqlı olaraq futbolçularını dəyişiblər.

Qeyd edək ki, A.Sançes 2014-cü ildən “Arsenal”da oynayırdı. Bu müddət ərzində klubla iki dəgə İngiltərə kubokunun, bir dəfə isə ölkə Superkubokunun sahibi olub. London klubunda keçirdiyi 165 oyunda 80 qol vurub.

Mxitaryan isə 2016-cı ildən “MY”nın şərəfini qoruyurdu. Klubu ilə Avropa Liqasını qazanan futbolçu İngiltərə Liqası Kuboku və İngiltərə Superkubokuna da sahib çıxıb. Burada oynadığı 39 oyunda isə 5 qolun müəllifi olub.

1news.az

Paylaş:
913

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər