Suriyadan Türkiyəyə raket atılıb, ölən və yaralananlar var - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Suriyadan Türkiyəyə raket atılıb, ölən və yaralananlar var - YENİLƏNİB

21:28 - 24 / 01 / 2018
Suriyadan Türkiyəyə raket atılıb, ölən və yaralananlar var - YENİLƏNİB

Suriyanın Afrin bölgəsindən Kilis şəhərinin raket atəşinə tutulması nəticəsində yaralananlardan biri ölüb.

1news.az-ın “Milliyet”ə  istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 13 nəfərin yaralandığı bildirilir.

Məlumata əsasən, şəhərə 2 raket mərmisi düşüb.

20:50

Suriyanın Afrin bölgəsindən Türkiyənin Kilis şəhərinə raket atılıb.

1news.az xəbər verir ki, mərmi Böyükkütah məhəlləsindəki Çalık məscidinə düşüb.

İlkin məlumata görə, 8 nəfər yaralanıb. Onlardan ikisinin vəziyyət ağırdır.

Qeyd edək ki, Türkiyə ordusu 5 gündür Afrin bölgəsində terrorçulara qarşı əməliyyat keçirir. 5 gün ərzində 268 terrorçu zərərsizləşdirilib.

1news.az

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər