AŞPA-da insan hüquqları üzrə yeni müvəkkil seçildi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında insan hüquqları üzrə yeni müvəkkil seçildi.
1news.az-ın məlumatına görə, Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında keçirilən səsvermənin nəticələrinə əsasən bu posta Dunya Miyatoviç (Bosniya və Herseqovina) seçilib.
Qeyd edək ki, bundan əvvəl Avropa Şurasının insan hüquqları üzrə müvəkkili Nils Muyjnieks olub. O bu postda 2012-ci ildən fəaliyyət göstərib.
1news.az
999