Ən çox bu telefonun saxtası hazırlanır - FOTO
“Antutu” araşdırma şirkəti 2017-ci ildə ən çox saxta modeli hazırlanan telefonları açıqlayıb.
1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, siyahının ilk pilləsində "Samsung Galaxy S7 Edge" modelinin Avropa versiyası yer alıb.
İkinci yeri bu modelin Çin versiyası, üçüncü yeri isə sadə versiyası tutub.
Ümumilikdə isə saxtası ən çox hazırlanan brend 36,23 faizlik göstərici ilə “Samsung” olub. “Apple” isə 7,72 faizlə ikinci yerdə qərarlaşıb.
“iPhone” modelləri arasında isə ən çox “7 plus”un saxtası hazırlanıb (2,67 faiz).
1news.az
1095