Qadın illər əvvəl vəfat edən bacı və qardaşını mumiyalayaraq evdə saxlayıb | 1news.az | Xəbərlər
Dünya

Qadın illər əvvəl vəfat edən bacı və qardaşını mumiyalayaraq evdə saxlayıb

15:07 - 25 / 01 / 2018
Qadın illər əvvəl vəfat edən bacı və qardaşını mumiyalayaraq evdə saxlayıb

Rusiyada baş verən hadisə hər kəsi şoka salıb.

Belə ki, 77 yaşlı qadın illər əvvəl vəfat edən bacı və qadaşını mumiyalayaraq evində saxlayıb.

Rusiya İstintaq Komitəsinin araşdırmalarına görə, mumiyalanmış şəxslər 8-9 il əvvəl vəfat edib. Qadın dəfn mərasimi üçün pulunun olmadığından bacı və qardaşını basdırmadığını bildirib

Yaşlı qadın Ruhi Dispanserə aparılıb. Komitə isə mumiyalanmış şəxslərin hansı səbəbdən vəfat etdiklərini araşdırır.

S.Xankişiyeva

 

Paylaş:
1290

Son xəbərlər

Bütün xəbərlər