Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində effektivliyi artırmaq lazımdır | 1news.az | Xəbərlər
Siyasət

Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində effektivliyi artırmaq lazımdır

17:56 - 25 / 01 / 2018
Zaxarova: Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində effektivliyi artırmaq lazımdır

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesində effektivliyi artırmaq lazımdır.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

“Mənə elə gəlir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesində aktivliyi deyil, effektivliyi yüksəltmək lazımdır. Hesab edirəm ki, hər kəs də bununla məşğul olacaq", - deyə Rusiya XİN-in sözçüsü erməni jurnalistin Rusiyanın il ərzində həmsədr kimi aktivliyini artırıb-artırmayacağı ilə bağlı sualına cavabında söyləyib.

S.Xankişiyeva

 

Paylaş:
701

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər