Cənubi Koreyada xəstəxanada yanğın: 41 nəfər ölüb, 79 nəfər xəsarət alıb | 1news.az | Xəbərlər
Dünya

Cənubi Koreyada xəstəxanada yanğın: 41 nəfər ölüb, 79 nəfər xəsarət alıb

10:03 - 26 / 01 / 2018
Cənubi Koreyada xəstəxanada yanğın: 41 nəfər ölüb, 79 nəfər xəsarət alıb

Cənubi Koreyada yerləşən xəstəxanaların birində güclü yanğın olub.

1news.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, yanğın Milyan şəhərində Kral Secon adına xəstəxanada baş verib.

Binanın birinci mərtəbəsində yerləşən təxirəsalınmaz tibbi yardım şöbəsində başlayan yanğını 1 saat 40 dəqiqədən sonra söndürmək mümkün olub. 

Məlumata görə, hadisə zamanı xəstəxanada 200-ə yaxın adam olub. Yanğın nəticəsində 41 nəfər ölüb, 79 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb. Bəzilərinin vəziyyəti ağırdır.

Cənubi Koreyanın prezidenti Mun Çje İn yanğınla əlaqədar fövqəladə iclas keçirib.

1news.az

Paylaş:
653

Son xəbərlər

Bütün xəbərlər