Afrində terrorçuların 23 hədəfi məhv edilib | 1news.az | Xəbərlər
Dünya

Afrində terrorçuların 23 hədəfi məhv edilib

10:07 - 26 / 01 / 2018
Afrində terrorçuların 23 hədəfi məhv edilib

Türk Silahlı Qüvvələri “Zeytun budağı” əməliyyatı ilə bağlı son vəziyyətə dair açıqlama yayıb.

1news.az  xəbər verir ki,  məlumata görə, bu günə qədər əməliyyat çərçivəsində PKK/PYD/YPG və İŞİD terror təşkilatının ən az 343 üzvü zərərsizləşdirilib. 

Qeyd edilib ki, hava qüvvələri tərəfindən gecə saatlarında həyata keçirilən əməliyyatlar zamanı terror təşkilatlarına məxsus 23 hədəf məhv edilib. Onların içində sığınacaqlar, döyüş sursat anbarları, silahlı mövqelər olub. Əməliyyatda iştirak edən 13 təyyarə təhlükəsiz şəkildə öz bazasına dönüb.

“Zeytun budağı” əməliyyatı planlaşdırıldığı kimi davam edir.

P.Sultanova

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər