Miloş Zeman 54,4% səslə irəlidə gedir | 1news.az | Xəbərlər
Dünya

Miloş Zeman 54,4% səslə irəlidə gedir

19:47 - 27 / 01 / 2018
Miloş Zeman 54,4% səslə irəlidə gedir

Seçki məntəqələrinin 66 faizindən alınan məlumatlara əsasən, Çexiyanın hazırkı lideri Miloş Zeman prezident seçkilərinin ikinci turunda irəlidə gedir.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, o, seçicilərin 54,4 faizinin (1,5 milyon nəfər) səsini toplayıb.

Ölkənin statistika idarəsinin məlumatına görə, digər namizəd, Elmlər Akademiyasının sabiq sədri İrji Draqoş seçicilərin 45,5 faizinin (1,25 milyon nəfər) etimadını qazanıb.

Miloş Zeman özünün antimüsəlman baxışları ilə tanınır. O, 2015-ci ilin miqrasiya böhranını Avropaya “təşkil olunmuş müdaxilə” hesab edir. Zemanın fikrincə, Müsəlmanlar Avropa ölkələrinə inteqrasiya oluna bilməzlər. O, həmçinin dəfələrlə Rusiyaya qarşı sanksiyaların ləğv olunmasına çağırışlar edib.

S.Xankişiyeva

 

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər