23 yaşlı gənc 32 dil bilir
Yunanıstandan olan 23 yaşlı Yannis İkonomu nə az, nə çox 32 dil bilir.
O, Avropanın ən çox dil bilən adamı hesab olunur.
Selanik Universitetinin Dil fakültəsinini bitirdikdən sonra Kolumbiya Universitetində Yaxın Şərq dilləri və mədəniyyəti üzrə də təhsilini davam etdirib.
Yannis 1995-ci ildən Brüsseldə yaşayır və Avropa İttifaqı Komissiyasında tərcüməçi olaraq çalışır.
“Portuqaliyadan Çin səddinədək səyahət edərək, buradakı insanlarla onların doğma dillərində danışmışam”, - deyə İkonomu qeyd edib.
S.Xankişiyeva
723