Sena çayı məcrasından çıxıb: Parisətrafı şəhərləri su basıb – FOTO – VİDEO
Fransanın onlarla regionunda təbii fəlakət təhlükəsinin “narıncı” səviyyəsi elan edilib.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, güclü yağıntılar səbəbindən ölkə çaylarında daşqınlar yaranıb.
Parisin mərkəzini su basıb: Sena çayı normadan dörd metr yüksəyə qalxıb.
Paytaxtdakı bir sıra metro stansiyaları bağlanıb. Hərəkət tamamilə iflic vəziyyətə düşüb. Luvr və Orse muzeylərinin əməkdaşları təxliyyə ehtimalı ilə qiymətli sənət əsərlərini zirzəmilərə yığıb.
Şəhərətrafı bölgələrdə isə vəziyyət daha pisdir: minlərlə ev işıqsız qalıb. 400 nəfər isə təxliyyə olunub.
“Çərşənbə günüdən işıqlar kəsilib. İstilik sistemi işıqla çalışdığından istilik də yoxdur. Hətta qaz sobasını da yandıra bilmirik. İki il öncə də oxşar hadisə baş vermişdi” – Parisin cənubundan olan sakin bildirib.
Dağlara yaxın olan Lion şəhərində yağışla bərabər güclü qarlar da ciddi ziyan vurub. Çayların yaxınlığındakı bir neçə avtoparkları su basıb, yollarda hərəkət məhdudlaşdırılıb.
S.Xankişiyeva