Qadını qatarın altına itələdi: “Şeytanın əmrini yerinə yetirdim” - VİDEO | 1news.az | Xəbərlər
Dünya

Qadını qatarın altına itələdi: “Şeytanın əmrini yerinə yetirdim” - VİDEO

20:30 - 29 / 01 / 2018
Qadını qatarın altına itələdi: “Şeytanın əmrini yerinə yetirdim” - VİDEO

Braziliyada gənc bir qadını metro stansiyasında bir şəxs platformaya daxil olan qatarın önünə itələyib.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, San Pauloda yaşanan olayda relslər arasındakı boşluğa düşən gənc qadın inanılmaz bir şəkildə sağ qalıb.

Yaralanan qadın xəstəxanaya çatdırılıb. Onu itələyən adamsa səlahiyyətlilər tərəfindən saxlanılaraq polisə təhvil verilib. Əqli qüsurlu olduğu düşünülən şəxs ifadəsi zamanı "Şeytanın əmrini yerinə yetirdim" deyib.

Həkimlərin nəzarətə götürdüyü gənc qadının vəziyyətinin yaxşı olduğu deyilir.

1news.az

Paylaş:
1032

Son xəbərlər

Bütün xəbərlər