Ermənilər Qarabağda hazırlanan içkini Moskvada satırlar - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Ermənilər Qarabağda hazırlanan içkini Moskvada satırlar - FOTO

21:44 - 29 / 01 / 2018
Ermənilər Qarabağda hazırlanan içkini Moskvada satırlar - FOTO

Ermənilər Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində istehsal etdikləri spirtli içkini “Artsax tutovıy” adı altında Rusiya bazarına çıxarıblar.

1news.az APA-ya istinadən xəbər verir ki, paytaxtın “Aşan”, “Lenta” və bir sıra böyük mağazalar şəbəkələrində satışa çıxarılan məhsulun istehsalçısı kimi Ermənistanın “Artsax Brandy Company” Açıq Səhmdar Cəmiyyəti göstərilib. Məhsulun istehsal olunduğu yerin ünvanı isə “Ermənistan Respublikası, Ayqestan” göstərilib.

Lakin həmin məhsulun Ermənistanda deyil, işğal altındakı Azərbaycan torpaqlarında istehsal edildiyi məlum olub. Belə ki, “Ayqestan” adlı ərazi Azərbaycanın 1991-ci ildə Xocalı rayonuna birləşdirilmiş Əsgəran rayonunun Ballıca kəndidir. Ermənistan silahlı qüvvələrinin işğalı altında olan bu kəndi ermənilər Ayqestan adlandırıblar.

Qeyd edək ki, daha əvvəl ermənilər istehsal etdikləri “Qarabağ” adı altında tut, zoğal arağı və digər spirtli içkiləri Rusiyada satışa çıxardıblar. İndi isə onlar məhsullarını “Artsax” adı altında istehsal etməyə başlayıblar və istehsal ünvanını “DQR” kimi deyil, “Ermənistan Respublikası”kimi qeyd edirlər. Məqsəd odur ki, işğal altında olan ərazilərdə qanunsuz istehsal olunan məhsullar asanlıqla Rusiya və dünya bazarlarına yol tapa bilsin.

1news.az

Paylaş:
836

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər