Yapon dənizində itkin düşən azərbaycanlıların axtarışı dayandırılıb
Yapon dənizində batan “Vostok” balıqçı gəmisinin axtarışları dayandırılıb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə RİA Novosti agentliyinə “Vladivostok” dəniz xilasedici mərkəzinin nümayəndəsi bildirib.
“Axtarış əməliyyatı yanvarın 25-dən 29-dək davam edib. Ekipaj üzvlərinin sağ tapılmasına ümid qalmayıb. Bu səbəbdən axtarış-xilasedici əməliyyatın fəal fazası dayandırılıb. Bundan sonra axtarışlar ərazidən keçən gəmilər vasitəsi ilə aparılacaq”, deyə nümayəndə bildirib.
Xatırladaq ki, “Vostok” balıqçı gəmisi yanvarın 25-də Primorsk diyarı sahillərində, Yapon dənizində yoxa çıxıb. Gəminin göyərtəsində 21 nəfər olub. Onlardan ikisi Rusiya vətəndaşı olan azərbaycanlılar - 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadədir.
1news.az