Səudiyyə Ərəbistanında korrupsiya şübhəsi ilə həbs olunanlar azad edilib | 1news.az | Xəbərlər
Dünya

Səudiyyə Ərəbistanında korrupsiya şübhəsi ilə həbs olunanlar azad edilib

14:20 - 30 / 01 / 2018
Səudiyyə Ərəbistanında korrupsiya şübhəsi ilə həbs olunanlar azad edilib

Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı mübarizə çərçivəsində həbs olunan şahzadələr, sabiq nazirlər və sahibkarlar “Ritz Carlton” otelini tərk edib.

1news.az  xəbər verir ki, son günlər şahzadə Əl-Valid bin Tələl, MBC media holdinqinin sahibi Əl-Valid əl-İbrahim, həmçinin “Saudi Binladin Group” tikinti holdinqinin başçısı Bəkr bin Laden həbsdən azad olunub.

Yanvarın 24-də Ər-Riyad krallığın onlarla yüksək vəzifəli məmurunun adının hallandığı korrupsiya üzrə araşdırmanın başa çatdığını bəyan edib. Həbs olunanların əksəriyyətinin məhkəməyə qədər nizamlanma prosesinə razılıq verdiyi bildirilir. 95 şübhəlinin işi isə məhkəməyə təqdim olunub. Hökumətlə sövdələşməyə razı olmayanların hara göndərildiyi barədə məlumat yoxdur.

Xatırladaq ki, ötən il noyabrın 5-də Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı kampaniya çərçivəsində hakim ailəyə mənsub 11 şahzadə, həmçinin çox sayda sabiq nazir, məmur və biznesmen saxlanılmışdı. Yerli KİV-lərin məlumatına əsasən, korrupsiyada ittiham olunan yüksək vəzifəli məmurların əksəriyyəti iddiaların tənzimlənməsi üçün xəzinəyə 100 milyard dolara yaxın vəsait ödəməyə razılıq verib.

1news.az  

Paylaş:
662

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər