Gənc aktrisa sadə bir əməliyyatın qurbanı oldu - FOTO | 1news.az | Xəbərlər
Dünya

Gənc aktrisa sadə bir əməliyyatın qurbanı oldu - FOTO

10:22 - 30 / 01 / 2018
Gənc aktrisa sadə bir əməliyyatın qurbanı oldu - FOTO

Türkiyənin gənc aktrisası Dilay Çetinçay əməliyyat zamanı dünyasını dəyişib.

1news.az xəbər verir ki,  hadisə ilə bağlı klinika və həkim haqqında araşdırmalar başlayıb.

Koç Universitetinin kompüter mühəndisliyi bölməsini  bitirən 28 yaşlı Dilay Çetinçay Türkiyənin məşhur bir firmasında işə başlayıb. Qısa müddət sonra isə seriallara dəvət alıb. Gənc qız qadın xəstəliyi ilə əlaqədar internet vasitəsilə tapdığı klinikanın sahibi ilə əlaqə saxlayıb. Əməliyyatdan sonra onun vəziyyəti pisləşib.

Başqa bir xəstəxanaya aparılan Dilay bütün müdaxilələrə baxmayaraq həyatını itirib. Klinika sahibinin ifadəsi alınaraq sərbəst buraxıldı.

Dilay Çetinçayın sosial şəbəkələrdəki hesablarında dostları "Sadə bir kist götürmə əməliyyatı ölümlə nəticələndi, bu işin sonuna qədər gedilməsi lazımdır" deyə şərhlər yazıblar.

Atası da qızının sadə bir kist əməliyyatı üçün Bakırköydə klinikaya getdiyin bildirib: “Əməliyyatdan sonra şoka düşüb, klinikada bir saat onu özünə gətirməyə çalışıblar. Ətrafda bir çox xəstəxana var,  vaxtında hər hansı bir xəstəxanaya çatdırılsaydı, bəlkə həyatını qurtarmaq olardı”.

1news.az

 

 

Paylaş:
2010

Son xəbərlər

Bütün xəbərlər