Ərdoğan və Putin Suriyanı müzakirə ediblər | 1news.az | Xəbərlər
Dünya

Ərdoğan və Putin Suriyanı müzakirə ediblər

14:35 - 31 / 01 / 2018
Ərdoğan və Putin Suriyanı müzakirə ediblər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla  Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

1news.az  xəbər verir ki, tərəflər Soçidə təşkil edilən Suriya Milli Dialoq Konqresi,  “Zeytun budağı” əməliyyatı, İdlib daxil olmaqla Suriya böhranını müzakirə ediblər.

Dövlət başçıları Milli Dialoq Konqresində yaşanan problemlərə baxmayaraq, nəticəni əhəmiyyətli bir müvəffəqiyyət kimi qiymətləndiriblər.

P.Sultanova

 

Paylaş:
748

Son xəbərlər

Bütün xəbərlər