TÜRKPA Baş katibi Qazaxıstan sәfiri ilә görüşüb | 1news.az | Xəbərlər
Siyasət

TÜRKPA Baş katibi Qazaxıstan sәfiri ilә görüşüb

16:43 - 31 / 01 / 2018
TÜRKPA Baş katibi Qazaxıstan sәfiri ilә görüşüb

TÜRKPA-nın Baş katibi  Altınbek Mamayusupov Qazaxıstan Bakıdakı səfirliyini ziyarət edib, fövqəladə və səlahiyyətli səfir Beybit İsabayevlə görüşüb.

1news.az-a TÜRKPA-dan verilən məlumata görə,  görüş zamanı Mamayusupov təşkilatın qarşıdan gələn fəaliyyətləri barədə səfirə məlumat verib və tərəflər 2018-ci ildə TÜRKPA-nın 10-cu ildönümünün qeyd edilməsi ilə bağlı həyata keçiriləcək işlər üzrə fikir mübadiləsi aparıb.

Baş katib TÜRKPA-nın açıq dialoq, qlobal dostluq və sülhə əsaslanaraq Türk dövlətləri arasında parlamentlərarası əməkdaşlığın mühüm platforması kimi inkişaf etdiyini vurğulayıb.

Səfir İsabayev Türkdilli ölkələr arasında əməkdaşlığın inkişafında TÜRKPA-nın səylərini yüksək qiymətləndirmiş və Qazaxıstanın Assambleyanın bütün təşəbbüs və öhdəliklərinə tam dəstək verəcəyini bildirib.

Həmçinin, tərəflər Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin Bakıya və TÜRKPA binasına səfəri məsələsini müzakirə ediblər.

P.Sultanova

Paylaş:
634

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər