Tanınmış jurnalistlər canlı yayımda əlbəyaxa oldular – VİDEO
Jurnalistlər Maksim Şevçenko və Nikolay Svanidze “Komsomolskaya Pravda” radiosunun canlı efirində dalaşıb. Müzakirələr zamanı Stalinin İkinci Dünya Müharibəsindəki rolu ilə bağlı tərəflərin sözü çəp gəlib.
1news.az-ın Oxu.az-a istinadən verdiyi xəbərə görə, hadisənin videogörüntüsü radiostansiyanın “YouTube” kanalına yerləşdirilib.
“O, Hitlerlə ölkəni faciəvi şəkildə müharibəyə sürüklədi. 41-ci ilin sonuna alman əsirliyində artıq 3.8 milyon nəfər həmvətənimiz var idi”, – deyə Svanidze “Radiorubrika” proqramındakı Stalin barədə şərhində bildirib.
“Fransadan fərqli olaraq, Sovet İttifaqı diz çöküb almanlara yaltaqlanmırdı. Sovet İttifaqı savaşırdı”, – deyə Şevçenko etiraz edib. O, opponentinin “Moskva yaxınlığında həlak olanların məzarlarına tüpürdüyünü” diqqətə çatdırıb.
Svanidze sovet xalqının savaşdığını, Stalinin məsələyə aidiyyəti olmadığını bildirib. Bundan sonra həmkarı onu “demaqoq” adlandırıb və jurnalistlər arasında sözlü dava düşüb. Svanidze Şevçenkonun üstünə şığıyaraq üzündən zərbə endirib. Radio əməkdaşları onları ayırsa da, verilişi yarımçıq dayandırmalı olublar.
1news.az