Türkiyənin İraq əməliyyatı - 49 terrorçu məhv edilib | 1news.az | Xəbərlər
Dünya

Türkiyənin İraq əməliyyatı - 49 terrorçu məhv edilib

13:55 - 01 / 02 / 2018
Türkiyənin İraq əməliyyatı - 49 terrorçu məhv edilib

Türkiyə Hərbi Hava Qüvvələrinin yanvarın 29-da İraqın şimalında apardığı iki əməliyyat nəticəsində məhv edilən terrorçuların sayı açıqlanıb.

1news.az xəbər verir ki,  Asos/Qəndil, Zap, Avaşin-Basyan və Hakurk bölgələrində terrorçuların mövqelərinə zərbələr endirilib.

Aviazərbələr nəticəsində 49 terrorçu zərərsizləşdirilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

1news.az

 

 

Paylaş:
860

Son xəbərlər

Bütün xəbərlər