Evlənəcəyi qadının üzünü ilk dəfə görən bəy qorxub – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Evlənəcəyi qadının üzünü ilk dəfə görən bəy qorxub – FOTO – VİDEO

17:14 - 01 / 02 / 2018
Evlənəcəyi qadının üzünü ilk dəfə görən bəy qorxub – FOTO – VİDEO

Avstraliyada yayımlanan “Married At First Sight” (İlk görüşdə evlilik) verilişində maraqlı anlar yaşanıb.

1news.az-ın Dailymail-ə istinadla verdiyi xəbərə görə, ilk dəfə gəlinin üzünü toy günü görən bəy kamera qarşısında qeyri-etik sözlər işlədib.  

Sean D adlı bəy xalının üzərində ona tərəf addımlayan gələcək həyat yoldaşını görəndə "Zibilə qalsın" (oh shit) deyib.

Mərasim zamanı bəyin stress keçirdiyi diqqətdən yayınmayıb. Lakin Seandan fərqli olaraq Jo adlı qadın çox sevincli olub. O, “Yaşasın, cek-pot uddum. Mən qələbə qazandım” deyərək xoşbəxt olduğunu dilə gətirib.

S.Xankişiyeva

Paylaş:
1018

Son xəbərlər

Bütün xəbərlər