Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir qadağa aradan götürülüb    | 1news.az | Xəbərlər
Dünya

Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir qadağa aradan götürülüb   

17:28 - 01 / 02 / 2018
Səudiyyə Ərəbistanında qadınlarla bağlı daha bir qadağa aradan götürülüb   

Səudiyyə Ərəbistanında qadınlar tezliklə ictimai iaşə sektorunda işləməyə başlayacaqlar.

1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, ilkin mərhələdə qadınlar 16 restoranda sınaq müddətinə işə götürüləcəklər.

Bununla yanaşı, restoran sahibləri ilə qadınların bu sahədə işlə təminatı strategiyasının müzakirə ediləcəyi xüsusi məşvərət şurası yaradılacaq.

Hazırda qadınlar arasında işsizlik səviyyəsi 33%, ümumilikdə, Krallıqda isə 12% təşkil edir.

Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanında qadınlar müəyyən məhdudiyyətlər çərçivəsində və müəyyən şərtlərlə işləyə bilərdilər.

Tarixdə bir ilk: Qadınlar futbol matçlarına buraxılacaq – FOTO

S.Xankişiyeva

 

Paylaş:
877

Son xəbərlər

Bütün xəbərlər