Britaniya səfirliyinin binasını rekord məbləğə satıb
Böyük Britaniya özünün Taylanddakı səfirliyinin binasını rekord qiymətə, 420 milyon funt sterlinqə satıb.
1news.az xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi bunun tarixdə ən böyük satış anlaşması və Taylandla ən böyük razılaşma olduğunu söyləyib.
Həmin vəsait Qahirə, Dehli daxil olmaqla dünyanın 40-a yaxın ölkələrində Britaniyanın diplomatik missiyalarının müasirləşdirilməsinə sərf ediləcək.
P.Sultanova
578