Ata azyaşlı qızına işgəncə verirmiş: dilənmək istəmir – FOTO
Azyaşlı qız uşağı atası tərəfindən işgəncəyə məruz qalıb.
1news.az-ın “Hurriyet”-ə istinadən verdiyi xəbərə görə, Türkiyənin Gaziantep şəhərində dilənçilik edən 7-8 yaşlarında olan suriyalı qızın bədənində işgəncə izləri aşkar edilib.
Azyaşlı qız əvvəlcə dilənən zaman polis tərəfindən vurulduğunu desə də, sonra atası tərəfindən döyüldüyünü etiraf edib.
Atası Abdulla isə qızını dilənmək istəmədiyi, dilənən zaman isə yığdığı pulları evə gətirmədiyi üçün döydüyünü söyləyib.
Bundan sonra vətəndaşlar məsələ ilə bağlı polisə xəbər veriblər. Hadisə yerinə gələn polis əməkdaşları isə qızı və ailəsini yaşadıqları yerdə tapmayıblar. Hazırda polis onları axtarır.
1news.az
819