“Ford” 560 mindən çox avtomobili geri çağırır | 1news.az | Xəbərlər
Dünya

“Ford” 560 mindən çox avtomobili geri çağırır

17:31 - 02 / 02 / 2018
“Ford” 560 mindən çox avtomobili geri çağırır

ABŞ-ın avtomobil istehsalçısı “Ford” və Çinin “Changan” şirkətinin birgə müəssisəsində yığılmış 560 mindən çox avtomobil əyləc sistemindəki qüsurlara görə geri çağırılır.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının qərarına əsasən, 2013-2016-cı illərdə istehsal olunmuş təxminən 370 min “Mondeo” modeli və 2014-2017-ci illərdə buraxılan 200 min “Edge” modeli geri çağırılacaq.

Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin əyləc şlanqının materialları möhkəm deyil və bu, ekstremal şəraitdə təhlükə yarada bilər.

Fevralın 25-də başlayacaq geriçağırma prosesində bütün qüsurlu hissələr “Changan Ford” birgə müəssisəsinin hesabına dəyişdiriləcək.

S.Xankişiyeva

 

Paylaş:
668

Son xəbərlər

Bütün xəbərlər