Finlandiya dünyada elektron sürücülük vəsiqəsi tətbiq edən ilk ölkə olacaq | 1news.az | Xəbərlər
Dünya

Finlandiya dünyada elektron sürücülük vəsiqəsi tətbiq edən ilk ölkə olacaq

15:35 - 03 / 02 / 2018
Finlandiya dünyada elektron sürücülük vəsiqəsi tətbiq edən ilk ölkə olacaq

Suomi dünyada elektron sürücülük vəsiqələrinin ümumi istifadə üçün tətbiq ediləcəyi ilk ölkə olacaq. Bu vəsiqələr qanuna müvafiq dəyişiklik edildikdən sonra ənənəvi vəsiqələri əvəzləyəcək.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, yayın sonunda Finlandiyada işə salınacaq “Autoilija” pulsuz mobil əlavə plastik kart formasındakı sürücülük vəsiqəsini əvəz edəcək. Bu əlavədə sürücü Finlandiyada qeydiyyata alınmış avtomobil, onun mühərriki, texniki baxış vaxtı, habelə avtomobil üçün vergi barədə faydalı məlumat əldə edəcək. Həmçinin fərdi “xatırlatmalar” nəzərdə tutulur.

Smartfondakı təsvir müxtəlif qoruyucu elementlər və əslini təsdiq edən QR kodu ilə təchiz edilib. Mobil əlavə istifadəçinin olduğu yer haqqında məlumat toplamır və yadda saxlamır.

Elektron vəsiqələrin yoxlanmasına yanvar ayının ikinci yarısından başlanılıb. Məlum olub ki, bu cür mobil əlavədən gələcəkdə istifadə etmək mümkündür. Bundan, həmçinin şəxsiyyət vəsiqəsi kimi, məsələn, poçt bağlamasını qəbul edəndə və ya yaşın təsdiqi üçün istifadə etmək olar. “Trafi” nəqliyyat agentliyi elektron vəsiqələrin ölkədə sürücülər arasında populyarlıq qazanacağını gözləyir. Yayda mobil əlavəni “App Store” və “Google Play” vasitəsilə yükləmək mümkündür.

S.Xankişiyeva

 

Paylaş:
733

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər