Uşaqlara sünnət qadağası tələbi
Danimarkada “Intact Danmark” təşkilatı 18 yaşından kiçiklərin sünnət edilməsinin qadağası üçün imzatoplama kampaniyasına başlayıb. Lakin qadağanın qəbul edilməsi üçün 50 min səs toplanmalıdır.
Təşkilat kampaniya ilə bağlı bəyanat da yazıb:
“Uşaqlar böyüklər tərəfindən qayğı və qorunmağa möhtacdırlar. Buna görə də uşaqlar həddi-buluq yaşına çatana qədər onların haqqları qorunmalıdır. Bu səbəbdən ölkədə keçərli olan qaydaların: atan-anaların dini inancları nə olursa-olsun 18 yaşdan kiçik bütün uşaqların bədəninin bütün hissələri qorunmalıdır”.
İmzatoplama kampaniyası yanvarın 24-də başladılıb və 2 il müddətinə sınaq məqsədilə qüvvədə olacaq.
İndiyədək kampaniyaya 7500 nəfər qoşulub.
S.Xankişiyeva
1270