Suriyada Rusiyaya məxsus “Su-25” tipli təyyarə vurulub
Suriyanın İdlib əyalətində Rusiyaya məxsus “Su-25” tipli təyyarə vurulub.
1news.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin məlumatında bildirilir.
Məlumata görə, pilot katapult etməyə imkan tapa bilib, lakin silahlılarla döyüşərək həlak olub.
Məlumatda həmçinin bildirilir ki, pilotun katapult etdiyi ərazi “Cəbhət ən Nüsrə” qruplaşmasının nəzarətində olub.
Təyyarənin zenit-raket kompleksindən vurulduğu bildirilir.
Pilotun cəsədinin Rusiya tərəfinə qaytarılması istiqamətində tədbirlər görülür.
İnsidentdən sonra Rusiya aviasiyası "Su-25" təyyarəsinin vurulduğu əraziyə aviazərbə endirib. Nəticədə azı 30 terrorçunun öldüyü bildirilir.
S.Xankişiyeva
680