Gənc ailə köhnə avtobusdan ev düzəldib – FOTO | 1news.az | Xəbərlər
Dünya

Gənc ailə köhnə avtobusdan ev düzəldib – FOTO

18:16 - 05 / 02 / 2018
Gənc ailə köhnə avtobusdan ev düzəldib – FOTO

Böyük Britaniyada yaşayan gənc cütlük Tom və Kayli köhnə, lazımsız avtobusdan təkər üzərində əsl ev düzəldiblər.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, 23 ildir ölkə sakinlərini gəzdirən avtobus artıq bir müddət idi lazımsız bir əşya kimi maşın qəbiristanlığına atılmışdı.

Avtobusun özü ailəyə 1500 funt sterlinqə başa gəlsə də, onun ev halına salınması üçün daha çox xərc çəkilib. İndi burada yaşamaq üçün bütün zəruri şərait yaradılıb.

Avtobus-evdə Avropanın yarısını gəzən gənclər onu 12 min funt sterlinqə satmaq qərarına gəliblər.

1news.az

Paylaş:
1743

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər