Səfir: “Kəşmir bizim üçün Dağlıq Qarabağdır” | 1news.az | Xəbərlər
Siyasət

Səfir: “Kəşmir bizim üçün Dağlıq Qarabağdır”

12:06 - 05 / 02 / 2018
Səfir: “Kəşmir bizim üçün Dağlıq Qarabağdır”

Hər il 5 fevral tarixi Pakistanda Kəşmirlə həmrəylik günü kimi qeyd edilir.

1news.az xəbər verir ki, bu münasibətlə Pakistanın Azərbaycandakı səfirliyində tədbir keçirilib.

Əvvəlcə Kəşmir münaqişəsi ilə bağlı qısa film nümayiş olunub. Sonra çıxış edən səfir Səid Xan Mohmand bildirib ki, Kəşmir bizim üçün Dağlıq Qarabağdır: “İki münaqişə arasında bir fərq görmürəm”.

Sonra səfir Pakistan prezidenti Məmnun Hüseynin və baş nazir Şahid Abbasın bu günlə bağlı mesajlarını səsləndirib. Qeyd edib ki, bu münaqişə həll edilməsə regionda sülh və sabitlik olmayacaq. Pakistan münaqişənin beynəlxalq normalar çərçivəsində həlli ilə bağlı verdiyi sözə əməl etməlidir.

Vurğulanıb ki, Hindistan tərəfinin 2016-cı ildən bu yana nümayişlərdə diyircəkli və gözyaşardıcı güllələrdən istifadə etməsi səbəbindən 200-dən çox insan kor edilib, hadisələr zamanı 20 min nəfərdən çox insan yaralanıb: “Biz Hindistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə çağırırıq”.

Səfir deyib ki, son iki ildə Hindistan ərazini terror yuvasına çevirib, ərazidə 2016-cı ildən bu yana 200-dən çox dinc kəşmirli öldürülüb, qadınlara qarşı zorakılıq tətbiq edilir: “Bu hadisələri qınayırıq. Pakistan Kəşmir xalqına öz dəstəyini göstərməkdə davam edəcək”.

Diplomat bu məsələdə Pakistana verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib.

P.Sultanova

Paylaş:
519

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər