Əli Həsənov həmkarlar ittifaqları işçilərini növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb | 1news.az | Xəbərlər
Siyasət

Əli Həsənov həmkarlar ittifaqları işçilərini növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb

12:28 - 05 / 02 / 2018
Əli Həsənov həmkarlar ittifaqları işçilərini növbədənkənar prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırıb

Bu il aprelin 11-də növbədənkənar prezident seçkiləri keçiriləcək.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Qurultayında çıxışında Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, bu, həmkarlar ittifaqları qarşısında növbəti vəzifə qoyur: “Mən bilirəm ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultaylarında ənənəvi olaraq prezident İlham Əliyevin yenidən prezidentliyə namizədliyi irəli sürülür. Sizin hamınızı növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə çağırıram.

Siz həmişə İlham Əliyevi dəstəkləmisiniz və bu dəfə də öz sözünüzü deyəcəksiniz”.

1news.az

Paylaş:
670

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər