Dani Alveşi qapıya qoydular – VİDEO | 1news.az | Xəbərlər
Futbol

Dani Alveşi qapıya qoydular – VİDEO

15:24 - 07 / 02 / 2018
Dani Alveşi qapıya qoydular – VİDEO

PSJ futbol üzrə Fransa Kubokunun 1/8 final matçında "Soşo" üzərində böyükhesablı qələbə qazanıb.

1news.az Report-a istinadən xəbər verir ki, Monbelyar kommunasının "Oqüst Bonal" stadionunda keçirilən görüş qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın 90-cı dəqiqəsində PSJ-nin qapıçısı Kevin Trapp qırmızı vərəqə alıb. Parislilər oyun boyu hər üç dəyişiklikdən istifadə etdikləri üçün qapını qorumaq meydanda olan Dani Alveşə həvalə olunub və matç elə 4:1 hesabı ilə də yekunlaşıb.

PSJ-nin heyətində Di Mariya het-trik edib. Neymarın adı isə ötən gün özünə təntənəli ad günü etdiyinə görə komandanın iştirak ərizəsinə daxil edilməyib.

1news.az

Paylaş:
993

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər