2 dollara görə qonşunu öldürüb, yedilər | 1news.az | Xəbərlər
Dünya

2 dollara görə qonşunu öldürüb, yedilər

11:33 - 07 / 02 / 2018
2 dollara görə qonşunu öldürüb, yedilər

Venesuelanın Carabobo əyalətində iki qonşu arasındakı dava ölümlə nəticələnib.

1news.az  xarici mətbuata istinadla xəbər verir ki, ata və oğul 17 yaşlı qonşunu 500 min bolivar, təxminən iki  dollar borca görə öldürüb, bədənin bir hissəsini yeyiblər.

Dava zamanı ata və oğul 17 yaşlı gəncin başına odun parçası ilə vuraraq onu öldürüblər. Daha sonra cəsədin bir hissəsini yeyiblər,  qalan sümükləri və bədənin parçalarını quyuya basdırıblar.

Polis ata və oğulu həbs edib, onlara qarşı cinayət işi açılıb.

1news.az  

 

Paylaş:
528

Son xəbərlər

Bütün xəbərlər