Prezident bahalı avtomobilləri buldozerlə məhv etdi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Prezident bahalı avtomobilləri buldozerlə məhv etdi – FOTO – VİDEO

11:48 - 07 / 02 / 2018
Prezident bahalı avtomobilləri buldozerlə məhv etdi – FOTO – VİDEO

Filippin prezidenti Rodrigo Duterte ölkəyə qanunsuz yollarla avtomobil gətirənlərə dərs vermək üçün onlarla bahalı avtomobili buldozerlə yararsız hala saldırıb.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, Filippin prezidenti Rodrigo Duterte ümumi dəyəri 1 milyon dollardan çox olan avtomobillərin məhv edilməsi barədə əmr verib. O, bu üsulla ölkəyə qanunsuz yolla avtomobil gətirənlərə dərs vermək istəyib.

O, vergisi ödənməyən “BMW”, “Mercedes Benz”, “Lexus”, “Corvette Stingray”, “Ford Explorer Base 3.5L”, “Jaguar Type S”, “Audi S5”, “2012 Jeep Wrangler” və “McLaren” kimi bahalı avtomobilləri küçənin ortasına ard-arda yığaraq onların buldozerin altında əzilməsini izləyib.

1news.az

Paylaş:
1324

Son xəbərlər

Bütün xəbərlər