Ermənilər Rusiya şəhərinin əclaf Qaregin Ndjenin şərəfinə adlandırılmasını təklif edirlər
Change.org saytında Rusiyanın Vladimir şəhərinin Njdeyə dəyişdirilməsilə bağlı petisiyaya başlanılıb.
1news.az-ın verdiyi xəbərə görə, Rusiyanın Dövlət Dumasına ünvanlanan petisiyanı hazırda 1200 nəfər imzalayıb.
“Vətəndaş Markov (Siyasi Araşdırmalar İnstitutunun direktoru, Rusiya İctimai Palatasının üvzü Serqey Markov) tərəfindən Ermənistanda ucaldılmış erməni xalqının qəhrəmanı Qaregin Ndjenin heykəlinin sökülməsilə bağlı müxtəlif tipli təxribatçı petisiyalara cavab olaraq Rusiyanın Vladimir şəhərinin Ndje şəhərinə dəyişdirilməsini təklif edirik. Belə ki, erməni xalqının qəhrəmanı Ndje Vladimir şəhərinin mərkəzində ölümündən öncə işgəncələrə məruz qalıb”, - petisiyada qeyd olunur.
Vladimir şəhəri
Erməni müəllif həmçinin qeyd edir ki, ermənilər “rus xalqına hörmət edir”.
“Biz ermənilər xristianlığı qəbul edən ilk xalq olaraq müqəddəs Vladimir adına böyük hörmət bəsləyirik və onun ruslar üçün etdiklərini çox yaxşı anlayırıq. Buna görə də yuxarıda qeyd olunmuş cümlə ilə, başqa xalqın tarixi və qəhrəmanlarına toxunmaqda özünü haqlı bilən “vətəndaşlara” hərəkətlərinin absurd və yanlış olduğunu göstərmək istəyirik”.
Xatırladaq ki, Qaregin Ndje Ermənistanda dövlət səviyyəsində milli qəhrəman hesab olunur. O, İkinci Dünya müharibəsi illərində üçüncü reyxlə əməkdaşlıq edib və “Almaniya üçün həlak olanlar, Ermənistan üçün həlak olandır” müraciətilə erməni əsirləri SSRİ-yə qarşı hərbi mübarizəyə təbliğ edib.
Hələ müharibədən öncə Ndje Hitler işğalçıları ilə rəsmi olaraq əlaqə saxlayaraq onlarla danışıqlar aparıb. Bir müddət sonra isə gestaponun dəstəyilə könüllü erməni əsirləri cəlb edib.
Nasist Almaniyasının rəhbəri ilə əlaqə saxlayaraq Ndje reyxs-nazir, nasizmin başlıca ideoloqu Alfred Rozenberq ilə görüşüb. Artıq 1942-ci ildə Ndje hitlerçilərin yaratdığı “Erməni Milli Şurasının” yeddi üzvündən biri olub.
Qaregin Ndje və digər erməni nasist Drastamat Kanayanın rəhbərliyi ilə Almaniyada erməni hərbi formalaşma SS təlimatçılarında təlim keçiblər və Krım yarımadasının işğalı və Qafqaza hücum əməliyyatlarında iştirak ediblər...
Bununla yanaşı, Ermənistan ikiüzlülü xislətilə yeganə müttəfiqi, başlıca himayədarı və donoru olan Rusiya ilə istənilən təşəbbüsə – faşizm qəhərmanlığını qınayan beynəlxalq sənədlərə də qoşulur. Bütün bu halları sadalamayaraq, sadəcə iki məqamı diqqətinizə çatdıraq.
KTMT XİN rəhbərləri, həmçinin erməni tərəfi 2017-ci ilin iyulunda İkinci Dünya müharibəsi xilaskar-hərbçilərin xatirəsinin tapdalanmasının yolverilməzliyi ilə bağlı bəyanat yayıb. Sənədə deyilir:
“İkinci Dünya müharibəsi nəticələrinin yenidən baxılmasına dair tarixin təhrif olunması, nasizmin qəhrəmanlaşdırılması və milliyətçiliklə mübarizə ilə bağlı məqsədli səyləri tətbiq edilməsini şiddətlə qınayırıq”.
Daha sonra isə, 2017-ci ilin dekabrdında Ermənistan da daxil olmaqla 133 dövlət BMT Baş Assambleyasının qəbul etdiyi və həmçinin Rusiya tərəfindən təklif olunmuş nasizmin qəhrəmanlaşdırılmasına qarşı mübarizə haqqında qətnaməni dəstəklədi. Qətnamədə bütün dövlətlərin istənilən “nasist rejiminin qeyd olunması”nın qadağan edilməsi qeyd edilib.
Bununla yanaşı, Ermənistan BMT Baş Assambleyasının ənənəvi “Nazsizm, neonasizm və irqçilik, irqçi ayrı-seçkilik və dözümsüzlüklə əlaqəli digər təcrübələrə qarşı mübarizə” qətnaməsinin həmmüəlliflərindən biridir.
Politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov bu petisiyanı heç bir əhəmiyyətə malik olmayan akt hesab edir:
“Əgər ermənilər xristianlığın qəbul edilməsinin tarixi mərhələsilə bağlı Rusiyaya qarşı iddialar irəli sürərsə, digər məqamları da xatırlamaq lazımdır. Belə ki, Ermənistan vaxtilə Rus İmperiyası tərəfində Azərbaycanın qədim torpaqlarında yaradılıb. Bu, qəbul edilmiş tarixi faktdır! Yəni Rus İmperiyası olmasaydı, heç Ermənistan da olmazdı”.
Rus politoloq Serqey Markovun Ermənistanda Q.Ndjenin adının yüksəldilməsilə bağlı mənfi reaksiyası məsələsinə gəlincə, F.Sadıxov bildirib ki, bu gün təkcə Rusiya və S.Markov nasizmin və onların köməkçilərin qəhrəmanlaşdırması, faşizmin ideyalarının daşıyıcılarının tanıdılmasına qarşı çıxmır:
“Ndje Hitlerin əlaltılarından biri olaraq cəzalandırma aksiyalarında da iştirak edib. Bunu sübut edən kifayət qədər arxiv materialları var”.
Həmçinin o qeyd edib ki, ermənilər əsassız petisiyalar toplamaqla məşğul olmaq əvəzinə, bu cür siyasətin necə nəticələnəyi haqda düşünsünlər:
“Bütün erməni ictimaiyyəti, onların sağlamdüşüncəli nümayəndələri erməniləri faşizmi qəhrəmanlaşdırmaqda iddiham edən, bu xalqı etibardan salan insanın heykəlinin sökülməsilə bağlı yaxşıca düşünsünlər.
Petisiya nə qədər imza toplamasından asılı olmayaraq, Ermənistanda baş verən hadisələrə ədalətli yanaşan və obyektiv qiymətləndirən Serqey Markov və digər sağlamdüşüncəli ekspert və politoloqların fikrini dəyişdirə bilməz”.
Tərcümə: S.Xankişiyeva