Baş redaktorlar: YAP-ın VI Qurultayının qərarı Azərbaycan xalqının mövqeyinin ifadəsidir – RƏY | 1news.az | Xəbərlər
Siyasət

Baş redaktorlar: YAP-ın VI Qurultayının qərarı Azərbaycan xalqının mövqeyinin ifadəsidir – RƏY

16:30 - 09 / 02 / 2018
Baş redaktorlar: YAP-ın VI Qurultayının qərarı Azərbaycan xalqının mövqeyinin ifadəsidir – RƏY

Fevralın 8-də Heydər Əliyev Mərkəzində keçirilmiş Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayı ətrafında müzakirələr davam edir.

Məlum olduğu kimi, həmin qurultayda aprelin 11-də keçiriləcək prezident seçkilərində partiyanın sədri, ölkə Prezidenti İlham Əliyevin namizədliyi irəli sürülərək yekdilliklə qəbul olunub.

Bu qərar bir çoxları tərəfindən böyük sevinclə qarşılanıb. Ölkənin nüfuzlu KİV rəhbərləri də qərara öz münasibətlərini bildiriblər.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 1news.az-a açıqlamasında bildirib ki, YAP-ın VI qurultayının qərarı xalqımızın iradəsinə, arzu və istəyinə söykənərək Azərbaycan dövlətinin gələcək illərdəki inkişafına mühüm töhfələr verəcək:

“Yeni Azərbaycan Partiyasının namizədi Azərbaycan xalqının mütləq əksəriyyətinin dəstəklədiyi namizəddir. Hesab edirəm ki, 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində YAP-ın Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə Yeni Azərbaycan Partiyasının VI qurultayının qərarı xalqımızın iradəsinə, arzu və istəyinə söykənərək Azərbaycan dövlətinin gələcək illərdəki inkişafına mühüm töhfələr verəcək”.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycanın son 14 ildə əldə etdiyi dünya miqyasında təqdir olunan uğurlar məhz Prezident İlham Əliyevin adı, onun uğurlu daxili və xarici siyasəti ilə bağlıdır. Onun sözlərinə görə, 2003-cü ildən bəri ölkəmizə rəhbərlik edən Prezident İlham Əliyev verdiyi bütün vədlərə sadiq olub, dövlətimizin başçısının həyata keçirdiyi uzaqgörən, məqsədyönlü siyasət nəticəsində Azərbaycanda sabitlik və dayanıqlı inkişaf təmin edilib:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunun məntiqi nəticəsi kimi Azərbaycanın beynəlxalq mövqeyi möhkəmlənib. Bu gün Azərbaycan beynəlxalq müstəvidə söz və nüfuz sahibidir”.

Baş redaktor əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən uğurlu sosial-iqtisadi siyasət dövlətimizin qüdrətinin artmasını təmin edib, əhalinin maddi rifah halı daha da yaxşılaşıb: “Azərbaycanın müstəqillik tarixində qazandığı uğurlara söykənərək dövlətimizin başçısı cənab İlham Əliyev qarşıdakı illər üçün prioritetləri açıqlayıb. Əsas hədəflər şaxələndirməni sürətləndirmək, ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirmək, inkişaf etmiş ölkələr sırasında görməkdir. Bu hədəflər təbii ki, bugünkü reallıqlara əsaslanır. Məhz bu məqsədlərə çatmaq üçün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası, ayrı-ayrı istiqamətləri əhatə edən strateji yol xəritələri icra olunur”.

V.Rəhimzadə bildirib ki, dövlətimizin başçısı İlham Əliyev ötən dövr ərzində hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirib: “Prezident İlham Əliyevin təşəbbüs və dəstəyi hesabına başa gələn böyük iqtisadi, enerji və nəqliyyat layihələri dünya dövlətləri üçün mühüm əhəmiyyət kəsb etməklə, regionun inkişafına layiqli töfhələr verir. Azərbaycan dünyanın ən böyük və əhəmiyyətli təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülh və təhlükəsizliyin təmin olunmasına, insan haqlarının müdafiəsinə mühüm töhfələr verib.

Azərbaycanın paytaxtı Bakı şəhəri ən mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Ölkəmizdə “Eurovision”, Birinci  Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula-1 yarışları kimi bütün dünyanın diqqət mərkəzində olan mühüm mədəniyyət və idman tədbirləri keçirilib. Təbii ki, bu gün dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, Azərbaycan xalqının və dövlətinin mənafeyinin ən yüksək səviyyədə qorunmasına yönəlmiş qlobal fəaliyyət hər bir azərbaycanlı tərəfindən yüksək qiymətləndirilir və cənab Prezidentin yorulmaz fəaliyyəti xalqımızın bütün təbəqələri tərəfindən dəstəklənir”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu da yap.org.az saytına  açıqlamasında YAP-ın qurultayında qəbul edilən qərarın Azərbaycanın ən yeni siyasi tarixində çox mühüm bir hadisə kimi qiymətləndirib:

“Ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyası aprel ayının 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə öz namizədini irəli sürdü. Bu, YAP-ın Sədri, Prezident İlham Əliyevdir. Hakim partiyanın bu seçimi bütövlükdə Azərbaycan xalqının seçimidir və xalqın irəli sürdüyü namizəddir. Çünki, YAP ümumxalq partiyasıdır və partiyanın namizədi 700 mindən çox olan partiya üzvlərinin namizədidir. Onun sözlərinə görə, bu, əslində Azərbaycan xalqı deməkdir.

Baş redaktor bildirib ki, Prezident İlham Əliyev hakimiyyətdə olduğu illər ərzində “Mən hər bir azərbaycanlının prezidenti olacağam” siyasi fəlsəfəsinə sadiq olaraq hər bir bir Azərbaycan vətəndaşının rifahı, onun inkişafı, gələcəyi üçün əlindən gələn hər şeyi edib:

“Hər şeydən öncə Azərbaycanda ictimai-siyasi sabitliyi yaradıb, ölkəmizin milli maraqlarını qoruya bilib, mürəkkəb tarixi bir mərhələdə ətrafımızda terror hadisələrinin, müharibələrin, xaosun baş verdiyi bir vəziyyətdə Azərbaycanı sabitlik adası kimi qoruyub saxlaya bilib. Hələ üstəlik onu inkişaf etdirib və ölkəmizdə işsizliyin, yoxsulluğun səviyyəsi azalıb. Azərbaycanın regionları inkişaf edib, dövlətimiz region, dünya ölkələri içərisində çox mühüm bir tərəfdaşa çevrilib.

Buna paralel olaraq cənab Prezident Azərbaycan ordusunu gücləndirib. Ölkə başçısı Ali Baş Komandan kimi 2016-cı ilin aprel döyüşlərinə imza atıb. Bununla da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi hərbi-siyasi dönüşə nail olub. Sadalayacağımız çoxsaylı bu kimi uğurlar əlbəttə ki, 11 aprel seçkilərində Azərbaycan xalqının seçimini müəyyənləşdirəcək. Düşünürəm ki, bu seçim partiyamızın irəli sürdüyü namizəd, cənab İlham Əliyev olacaq”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də YAP-ın VI Qurultayının qərarını yüksək qiymətləndirərək qeyd edib ki, prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi ilə bağlı qurultayın qəbul etdiyi qərar Azərbaycan xalqının mövqeyinin ifadəsidir.

Baş redaktor bildirib ki, bu qərarın ciddi əsasları var. Çünki Prezident İlham Əliyev 15 il ərzində dövlət başçısı kimi uğurlu siyasət həyata keçirib və Azərbaycan müstəqil  dövləti olaraq daha da güclənib, dünya miqsyasında söz sahibi olan dövlətə çevrilib. Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqaz regionunun lideri olmaqla yanaşı bütövlükdə, beynəlxalq miqyasda sayılan-seçilən ölkələrdən birinə çevrilib:

“Ötən dövr ərzində bütün sahələr üzrə müxtəlif dövlət proqramları həyata keçirilib. Mühüm islahatlar reallaşdırılıb, ölkəmizin hərtərəfli inkişafı üçün genişmiqyaslı tədbirlər gerçəkləşib. Bütün bunların nəticəsində də ölkəmizin  iqtisadiyyatı əhəmiyyətli dərəcədə  güclənib, əhalinin sosial rifahı daha da yüksəlib. Eyni zamanda, humanitar, mədəniyyət, idman və digər sahələrdə də ciddi nailiyyətlər qazanılıb. Əlbəttə ki, bu nailiyyətlərin əsasında Heydər Əliyev ideyaları, Prezident İlham Əliyevin uğurlu siyasəti dayanır. Ona görə də, xalqımız cənab Prezidentin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyir”.

Bəhruz Quliyev qeyd edib ki,  Azərbaycan dövlətinin xarici siyasəti də milli maraqlarımıza tam uyğundur. Onun sözlərinə görə, ötən 15 il ərzində Azərbaycan bütövlükdə dünya üçün böyük əhəmiyyət kəsb edən nəhəng layihələrə imza atıb. İstər enerji, istərsə də nəqliyyat layihələri Azərbaycana iqtisadi dividentlər gətirməklə yanaşı, onun beynəlxalq miqyasda da mövqeyini gösləndirən faktorlardır.

Dağlıq Qarabağ münaqişəsinin həllində də Prezident İlham Əliyevin prinsipial mövqe nümayiş etdirdiyini deyən baş redaktor söyləyib ki, Azərbaycan sülh tərəfdarı olmaqla yanaşı öz ordusunu daim gücləndirir. Çünki biz torpaqlarımızın işğalı ilə barışa bilmərik və işğalçı tərəfin təxribatlarına  tutarlı cavab verir. 2016-cı ilin aprel döyüşləri bunu sübut etdi”.

1news.az

Paylaş:
686

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər