MFL-dən Azərbaycan çempionatının Birinci divizionuna uzanan yol: Azərbaycan futbolunun yeni nəfəsi – “Xəzər” FK | 1news.az | Xəbərlər
Futbol

MFL-dən Azərbaycan çempionatının Birinci divizionuna uzanan yol: Azərbaycan futbolunun yeni nəfəsi – “Xəzər” FK

17:18 - 09 / 02 / 2018
MFL-dən Azərbaycan çempionatının Birinci divizionuna uzanan yol: Azərbaycan futbolunun yeni nəfəsi – “Xəzər” FK

Yeni mövsümdən etibarən Azərbaycan futbolunda Birinci divizionda çıxış edən yeni klub – “Xəzər” futbol klubu (FK) meydana çıxıb. “Xəzər” futbol klubu tamamilə özəl layihədir.

Maraqlıdır ki, komanda böyük futbola Azərbaycanın ən iri həvəskarlar liqası MFL-dən gəlib. Burada Azərbaycanın futzal üzrə yığmasının kapitanı Rizvan Fərzəliyevin rəhbərliyi ilə “Xəzər”də çıxış edib. Klubun sponsorları və rəhbləri MFL-də çıxışlardan ilhamlanaraq peşəkar klub yaratmaq qərarına gəliblər.

Həmçinin iddialı klubun müntəzəm olaraq Premyer Liqada çıxışı başlıca tapşırıqlardandır. Bu məqsədlərə çatmaq üçün böyük işlər görülməlidir. Klubun icraçı direktoru vəzifəsinə futbol üzrə məşhur aparıcı və şərhçi Emin Abbasov, baş menecer olaraq məşhur şərhçi Gündüz Abbaszadə təyin edilib.

“Xəzər” FK qış transfer pəncərəsi zamanı ən fəal Azərbaycan klubu olub. Yeni iddialı komandanın formalaşdırılması baş məşqçi Elşad Əhmədova həvalə olunub.

Elşad Əhmədov – kifayət qədər savadlı və iddialı məşqçidir. Uzun illər “Neftçi”də bir çox futbolçu yetişdirib, peşəkar səviyyəli məşqçidir  və komandanın inkişafı ilə bağlı öz ideyaları var.

“Xəzər” Antalyada mükəmməl şəraitdə təlim-məşq toplanışını keçirən Birinci diviziondan yeganə təmsilçisi olub. 1news.az-ın müxbiri komandanın düşərgəsinə ziyarət edərək yeni klubla tanış olub.

Nizam-intimaz – ilk gözə dəyən bu, oldu. E.Əhmədov azərbaycanlı futbolçuların zəif nöqtəsini çox yaxşı bilir. Nizam-intizam istər məşq prosesində, istərsə də yoxlanış oyunları zamanı da aydın nəzər çarpır. Oyunçular baş məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirirlər. Hər bir futbolçu meydandakı öhdəliyini çox yaxşı anlayır. Hər bir matçdan sonra video-icmal təqdim edilir.

Baş məşqçi komandada gənclərlə təcrübənin sintezini yaradıb. Komandanın hücumçusu Bəxtiyar Soltanov illər əvvəl futboldan uzaqlaşsa da, meydanda canfəşanlıq edərək özünü göstərməyə çalışır. Hətta E.Əhmədov qeyd edir ki, Bəxtiyara heç bir güzəştlər olmayacaq.

Klubun icraçı direktoru Emin Abbasov 1news.az-a verdiyi müsahibədə yeni klubun iddialı məqsədləri haqqında öz fikirlərini bölüşüb:

“İlk olaraq klub rəhbləri MFL-də komanda yaratdı. Daha sonra isə peşəkar klub yaratmaq qərarına gəldilər. Həmin zamanlarda “Şüvəlan”da çalışırdım. Lakin qış fasiləsi zamanı “Xəzər”in rəhbərliyi, xüsusilə də klubun prezidenti Mahir Məmmədovla görüşdüm. Bu insanları daha əvvəl də tanıyırdım, buna görə klubun işləri ilə maraqlandım. O, Premyer Liqaya çıxışı təmin edəcək iddialı klub yaratmaq istədiklərini qeyd etdi. Onlar gənc, iddialı, enerjili və etibarlı adam axtarırdılar. Düşünürəm ki, standartlardan kənara çıxaraq düşüncə tərzimizi dəyişməliyik. Futbolumuza yeni ideyalar, yeni insanlar lazımdır. Onlar da məni klubun icraçısı qismində gördülər”.

“Şüvəlan” arıtq formalaşmış klubdur, “Xəzər”i isə sıfırdan yaratmaq lazımdır. Bu isə çox ciddi işdir.

- Qeyd etdiniz ki, düşüncə tərzimizi dəyişərək yeni standartlar tətbiq etmək lazımdır. “Xəzər”klubunda bu, necə olacaq?

- “Xəzər” elə ilk vaxtlardan Birinci divizionda tətbiq edilən standartlara əsaslanır. Biz Birinci divizionda yeganə komandayıq ki, Antaliyaya təlim-məşq toplanışına getmişik. Biz təlim-məşq toplanışlarını təşkil etmək və futbolçuları Premyer Liqa səviyyəsində yetişdirmək qərarına gəldik.

İkinci vacib addım. Baş məşqçi vəzifəsinə Elşad Əhmədovu dəvət etdik. Zənnimcə, yerli məşqçilər arasında ən savadlı və güclülərdən biridir. Bu məşqçi Premyer Liqada çalışmağa layiqdir. Premyer Liqadaya hədəflənərək E.Əhmədovu dəvət etdik. Bütün addımlarımız Premyer Liqadakı klubların standartlarına uyğun şəkildə aparılır.

Əlbəttə ki, bir sıra çətinlikərimiz də var. Bizim öz bazamız və stadionumuz yoxdur, hazırda bir sıra istiqamətlər üzrə işləyirik, çalışırıq ki, klubu hərtərəfli inkişaf etdirək.

- Baza və stadion məsələsi necə həll olunacaq?

- Premyer Liqada çıxışa hazırlaşırıq. Buna görə də infrastruktur çox vacibdir. Öz akademiyamızı yaratmalı, bazamız olmalıdır. Yaxın zamanlarda sponsorlarla görüşümüz olacaq. Bundan sonra bir sıra məsələr öz həllinini tapacaq. İlk növbədə büdcəni təyin edərək ona uyğun adım atmalıyıq.

İlk növbədə vəsatin 30-40%-nin bazanın tikilməsinin tərəfdarıyam. Əlbəttə ki bütün bunarı 1 ilə tikmək mümkün deyil. Lakin indidən əsas yaradılmalıdır.

Yanvarda ilk işimiz tərkibin formalaşması idi. Həmçinin pilot layihə olaraq 9-10 yaşlılar arasında uşaq komandasının formalaşmasıdır. Premyer Liqaya çıxış zamanı isə akademiyamızı yaradacağıq.

Hazırda burada 8 komanda çalışır, Belorusda isə eynilə 16 komanda çalışır. Bizdə Premyer Liqanın klublarında oynaya biləcək bacarıqlı uşaqlar çoxdur. Düşünürəm ki, hazırda Birinci divizionda elə komandalar var ki, onlar Premyer Liqada oynamağı planlaşdırılır. Bunlardan “Şüvəlan” və “Sabah” və Mərkəzi Ordu İdman Klubunu qeyd edə bilərəm. Düşünürəm ki, bu komandalar bizə rəqib ola bilər. Hər bir çempionatın öz liderləri və autsayderləri var.

- Birinci diviziondakı Premyer Liqa yolunda klubların başlıca problemi – lisenziyaların alınması üçün şərtlərin uyğunsuzluğudur. Bununla “Xəzər”də hansı işlər görülüb?

- Lisenziyada yerinə yetirilməli beş tələb var. Düşünürəm ki, bu tələblərin yerinə yetirilməsində heç bir problem olmayacaq. Bu, yalnız “Xəzər”ə aid deyil. Problem burasındadır ki, bütün klublar il boyu akademiyanın və əsas komandanın saxlanılması üçün pul tapırlar. Hər şey pula bağlıdır.

Mən nə AFFA-nı, nə də PFL-i qınaya bilmərəm. Klubların Premyer Liqaya can atmasının, daha sonra isə bütün mövsüm boyu ciddi çətinliklərlə qarşılaşdığının şahidi olmuşuq. “Xəzər”ə gəldikdə isə, düşünürəm ki, bu yükün öhdəsindən də asanlıqla gələ bilərik.  Yerdə qalanlar isə bizdən – pulu necə sərf etməyimizdən, klub, akademiya yaratmağımız asılıdır.

- Son illər sponsorların Azərbaycan futbolundan uzaqlaşmalarının şahidi olmuşuq. “Xəzər”də sponsorları cəlb edən nə oldu?

- İlk növbədə MFL-in rolunu vurğulamaq istərdim. Hesab edirəm ki, bu layihə Azərbaycan futboluna böyük xeyir gətirib. Sponsorlarımız böyük futbola məhz MFL-dən gəliblər. Bu turnirdə oynayaraq onlarda peşəkar klubun yaradılması ilə bağlı ideyalar yaranıb.

Hazırda MFL-də kifayət qədər büdcəyə sahib komandalar var. Bu layihə biznesmenlərin də diqqətini cəlb edir. Bu biznesmenlər problemsiz olaraq Birinci divizionda klubu himayə edə bilərlər. MFL sponsorlara klub yaratmaq, onları dəstəkləmək ümidini bəxş edir. İnanıram ki, bu turnir Azərbaycan futboluna yeni sponsorlar gətirəcək.

Bu prosesin bariz nümunəsi klubumuzdur. “Xəzər”in sponsorları uzun illərdir Azərbaycan futbolunu izləyirlər. Klub yaratmaq ideyası onlarda çoxdan yaranmışdı. Biznesmen təkbaşına klub yarada bilməz, bununçun onun zamanı yoxdur. Əgər sponsor futbola gəlirsə klubun icracısının və futbolçuların çiyinlərinə böyük msuliyyət düşür. Onlar elə etməlidir ki, sponsorlar futbolu daha çox sevsin. Buna görə də onlarla dürüst, açıq olaraq işimizi effektli aparmalıyıq.

Bu işdə ən çox məsuliyyət mənin üzərimə düşür. Buna görə də deyirəm ki, düşüncə tərzimizi dəyişməliyik. Hesab edirəm ki, ilk növbədə əxlaq sərhədlərini keçməməliyik. Hansısa işin ucundan tutanda onu peşəkarcasına yerinə yetirmək lazımdır. Bununla bağlı sponsorlarımızla çoxlu söhbətlər aparırıq və onlarla baxışlarımız üst-üstə düşür.

-  Yaxın zamanlarda “Xəzər”in qarşısında hansı vəzifələr var?

- Çempionatın ilk yarısını 8-ci yerdə tamamladıq və birinci yerdən çox uzaq qaldıq. İkinci yer isə bizdən 5 xal irəlidədir. Elşad Əhmədovun qarşısında ilk üçlüyə düşmək tapşırığı qoyulub.

Premyer Liqa ilə bağlı planlara gəldikdə isə, “Zirə” və ya “Səbail”in yanaşması bizə daha yaxındır. Yəni bu, yeni oyunçularla legionerlərin sintezidir. Əgər Premyer Liqada klublar artırsa, yerli oyunçuların çatışmazlığı yaranır. E.Əhmədovun qarşısında digər məslə yerli futbolçuların yetişdirilməsidir. İstəyirik ki, indiki tərkibdən 6-7 oyunçu Premyer Liqada oynamaq səviyyəsinə hazır olsun. Yəni Premyer Liqaya nail olduqda tərkibi tamamilə dəyişmək istəyirik. Bu oyunçularla yanaşı, yaxşı legionerlər və yerli oyunçuların təcrübəsi əlavə edildikdə tərkib tamamlanacaq.  

Nümunə üçün, hazırda gənclər yığmasının tərkibində elə uşaqlar var ki, öz klublarına mənsub deyillər və onlardan çox xoşum gəlir. Bunlardan “Qəbələ”dən Hacıağa Hacılını qeyd etmək olar.

Buna görə də əvvəlcə mükəmmək kollektiv yaratmaq və ilk vaxtlar maliyyəni akademiyanın, infrastrukturun yaradılmasına yönəltməliyik. Daha sonra isə qarşıya müyyən tapşırıqlar qoyulacaq.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2927

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər