Məktəbdə qalmaqal: Şagird müəllimi qucağına götürüb sinifdən çıxardı – VİDEO | 1news.az | Xəbərlər
Dünya

Məktəbdə qalmaqal: Şagird müəllimi qucağına götürüb sinifdən çıxardı – VİDEO

15:02 - 11 / 02 / 2018
Məktəbdə qalmaqal: Şagird müəllimi qucağına götürüb sinifdən çıxardı – VİDEO

Türkiyədə orta məktəblərdən birində baş vermiş hadisə qalmaqala səbəb olub.

Tekirdağ vilayətinin Çorlu qəsəbəsindəki “Ahievran” litseyində dərs vaxtı şagirdlər müəllimlə zarafat etməyə başlayıb. Şagirdlərdən biri ayağa qalxaraq müəllimin paltarını ələ salıb, ona qarşı təhqiramiz hərəkətlər edib. Daha sonra həmin şagird müəllimi qucağına alaraq sinif otağından çıxarıb.

Videonun sosial şəbəkədə yayılmasından sonra qəsəbə rəhbərliyi araşdırmalara başlayıb və polisə müraciət edilib. Qəsəbənin rəhbəri Levent Kılıç müəllimə qarşı nalayiq hərəkət edən 3 şagirdin müəyyənləşdirildiyini və araşdırmalardan sonra qəti qərar veriləcəyini deyib.

S.Xankişiyeva

Paylaş:
1390

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər