İranda təcili tibbi yardım kateri istifadəyə verilib | 1news.az | Xəbərlər
Dünya

İranda təcili tibbi yardım kateri istifadəyə verilib

18:24 - 11 / 02 / 2018
İranda təcili tibbi yardım kateri istifadəyə verilib

İran İslam İnqilabının 39-cu ildönümü münasibətilə İranda ilk dəfə olaraq təcili tibbi yardım kateri istifadəyə verilib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, İranın səhiyyə naziri Həsən Qazizadənin iştirakı ilə Bəndər-Abbas limanında istifadəyə verilən katerin qiyməti 1 milyon dollar dəyərindədir.

Katerdə 4 çarpayı, reanimasiya və intensiv terapiya bölmələri var. Katerdə tibbi heyətin əməliyyatlar həyata keçirməsi üçün də hər cür şərait yaradılıb.

S.Xankişiyeva

 

 

Paylaş:
620

Son xəbərlər

Bütün xəbərlər