İstanbulda dünyanın ən böyük hava limanlarından biri açılacaq | 1news.az | Xəbərlər
Dünya

İstanbulda dünyanın ən böyük hava limanlarından biri açılacaq

11:29 - 11 / 02 / 2018
İstanbulda dünyanın ən böyük hava limanlarından biri açılacaq

İstanbulda yeni aeroportun istifadəyə verilməsi oktyabrın 29-na planlaşdırılır. Bunu Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhməd Arslan bildirib.

1news.az Anadolu-ya istinadla xəbər verir ki, nazirin sözlərinə görə, yeni aeroport artıq 80 faiz hazırdır.

Atatürk beynəlxalq hava limanından bütün reyslər 48 saat ərzində ora köçürüləcək. Yeni aeroport dünyanın ən böyük hava limanlarından biri olacaq. Sahəsi 80 milyon kvadratmetr olan aeroport eyni vaxtda 114 təyyarə qəbul edə biləcək. Oradan ümumilikdə 350 istiqamət üzrə təyyarələr uçacaq. Yeni hava limanı ildə 200 milyona yaxın sərnişinə xidmət göstərəcək.

Nazir əlavə edib ki, layihənin dəyəri 10,2 milyard dollardır. İstismar olunduğu ilk 25 ildə onun 22,2 milyard dollar gəlir gətirəcəyi gözlənilir.

İstanbulun yeni aeroportu Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə reallaşdırılan üç meqalayihədən biridir. 2016-cı ildə Bosfor boğazı üzərində üçüncü körpü açılıb, bu il isə Bosfora paralel olaraq “İstanbul” kanalının tikintisinə başlamaq nəzərdə tutulur.

S.Xankişiyeva

Paylaş:
1193

Sizin üçün xəbərlər

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər