"Zeytun budağı"nda 1369-cu terrorçu öldürüldü
Yanvarın 20-dən başlayaraq Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1369 nəfərə çatıb.
1news.az xəbər verir ki, bu barədə Türkiyə SQ Baş Qərargahının məlumatında deyilir.
Məlumata əsasən, bu gün səhər saatlarından başlayan əməliyyatlar nəticəsində Məhəmmədiyə yaşayış məntəqəsi və Amara adlı strateji yüksəklik terrorçulardan azad edilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
1news.az
526