Gənc qız cinsi əlaqə zamanı ölən sevgilisinin cəsədini parçaladı – FOTO | 1news.az | Xəbərlər
Dünya

Gənc qız cinsi əlaqə zamanı ölən sevgilisinin cəsədini parçaladı – FOTO

12:31 - 14 / 02 / 2018
Gənc qız cinsi əlaqə zamanı ölən sevgilisinin cəsədini parçaladı – FOTO

Sevgilisi ilə yataqda “Bozun əlli çaları” filminin səhnələrini gerçəkləşdirən qız onun ölümünə səbəb olub.

1news.az-ın Milli.az-a istinadən verdiyi xəbərə görə, Rusiyada Anastasiya Onegina adlı 21 yaşlı qız 24 yaşlı sevgilisi Dmitri Sinkeviçin ölümünə səbəb olduqdan sonra cinayətin üstü açılmasın deyə onun cəsədini hissələrə ayırıb.

Polisin verdiyi məlumata görə, Dmitri Sinkeviç əvvəllər hərbçi, sonra da polis işləyib.

Qonşuların dediyinə görə cütlük okkultizm tərəfdarı olublar və onların sosial şəbəkə hesabları Satanizmlə bağlı fotolarla dolu olub. Səs-küy saldıqlarına görə onları bütün qonşuları tanıyırdı.

Dmitrinin hissələrə bölünmüş cəsədini Anastasiyanın bacısı tapıb. O, polisə xəbər verib. Anastasiya saxlanılıb. O, ifadəsində bildirib ki, vəhşi əlaqə zamanı sevgilisi ölüb.

1news.az

Paylaş:
3937

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər