Böyrəyini verdiyi qadına evlilik təklif etdi, cavabdan şok yaşadı - FOTO
Sevdiyi qadına böyrəyini verən 49 yaşlı Simon Louis ondan rədd cavabı alıb.
1news.az xarici mətbuata istinadla xəbər verir ki, Louis hazırda 41 yaşı olan Meri Emmanuel ilə 90-cı illərin ortalarında tanış olub. Az keçmir ki, o qadına aşiq olur. Hər il sevgilərilər günündə qadına çiçək və şokolad göndərib, bununla da ona olan hisslərini göstərib.
Meri 2014-cü ildə böyrək çatışmazlığından əziyyət çəkib, həkimlər yeganə xilas yolu kimi ona böyrək nəql olunmasını göstəriblər. Xəstə olduğu günlər Louis onu yanında qalıb, yeməyini yedirib, paltarlarını yuyub, hətta yerini təmizləyib. Nəhayət böyrəyinin Meriyə uyğun olduğu aşkar ediləndə düşünmədən sevdiyi qadın üçün bıçaq altına düşüb.
Əməliyyatdan sonra aralarındakı romantik əlaqədən əmin olan Simon qadına evlənmək təklifi edib. Amma şokedici bir cavab alıb. Meri bu təklifi nəzakətli formada rədd edib. Çünki əgər hə desəydi, aralarındakı bu dəyərli dostluq yox olacaqdı.
1news.az