Dövlət Departamenti: Tillerson- Ərdoğan görüşü məhsuldar olub
ABŞ dövlət katibi Reks Tillersonun Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Ankarada keçirilən görüşü məhsuldar olub.
1news.az RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib.
Məlumata görə, tərəflər ABŞ-Türkiyə münasibətlərinin qarşılıqlı maraqlar əsasında inkişaf etdirilməsi istiqamətində məhsuldar və açıq danışıqlar aparıblar:
“Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu keçiriləcək görüş zamanı NATO üzrə mühüm müttəfiqimizlə danışıqlarda irəliləyişin davam etdiriləcəyinə ümid edirik”.
Türkiyə prezidenti administrasiyasındakı mənbə bundan əvvəl bildirib ki, Ərdoğan və Tillerson regional problemləri, xüsusən, Suriya və İraqdakı vəziyyəti, ikitərəfli münasibətləri və terrorla mübarizəni müzakirə ediblər. Məlumata görə, bu məsələlərlə bağlı Türkiyənin gözləntiləri açıq şəkildə Amerika tərəfinə açıqlanıb.
1news.az