Meksikada helikopter qəzası: 13 nəfər ölüb
Meksikada göyərtəsində ölkənin daxili işlər nazirinin və Oahaka ştatının qubernatorunun olduğu helikopterin qəzaya uğraması nəticəsində həlak olanların sayı 13 nəfərə çatıb.
Bu barədə ölkənin Baş prokurorluğu məlumat yayıb. Həlak olanların 12-si hadisə yerində, biri isə xəstəxanada ölüb.
Xatırladaq ki, Meksikanın daxili işlər naziri Alfonso Navarretenin və Oahaka ştatının qubernatoru Alexandro Muratonun olduğu helikopter zəlzələdən zərər çəkən ərazilərə baxış uçuşu zamanı qəzaya uğrayıb. Məmurlardan heç birinin xəsarət almadığı bildirilir.
İlkin məlumata əsasən, pilot təxminən 30 metr hündürlükdə idarəetməyə nəzarəti itirib və helikopter avtomobilin üzərinə düşüb.
S.Xankişiyeva
672