Məşhur musiqiçinin 1,3 milyon avroluq violonçeli oğurlandı | 1news.az | Xəbərlər
Dünya

Məşhur musiqiçinin 1,3 milyon avroluq violonçeli oğurlandı

20:00 - 17 / 02 / 2018
Məşhur musiqiçinin 1,3 milyon avroluq violonçeli oğurlandı

Məşhur fransız violonçel ifaçısı Ofeliya Qayar Paris yaxınlığında silahlı hücuma məruz qalıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, evdən çıxıb avtomobilə əyləşən musiqiçiyə naməlum şəxs bıçaqla hücum edib.

Hücum edən şəxs ondan violonçelini və mobil telefonunu tələb edib.

Ofeliya Qayardan oğurlanan violonçel 1737-ci ildə hazırlanıb və 1,3 milyon avro dəyəri var. Musiqi alətinin ona deyil, CIC banka məxsus olduğu, Qayarın aləti sadəcə icarəyə götürdüyü bildirilir.

S.Xankişiyeva

 

Paylaş:
770

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər