YUNESKO-nun ümumdünya irsi obyekti, buddist məbədi yanır | 1news.az | Xəbərlər
Dünya

YUNESKO-nun ümumdünya irsi obyekti, buddist məbədi yanır

19:42 - 17 / 02 / 2018
YUNESKO-nun ümumdünya irsi obyekti, buddist məbədi yanır

Tibetdə YUNESKO-nun ümumdünya irsi obyekti, buddist məbədi Cohanqda yanğın baş verib.

Bu barədə 1news.az RİA Novosti-yə istinadən xəbər verir.

Yanğın şənbə günü başlayıb. Hal-hazırda yanğınsöndürənlər yanğının qarşısını almağa çalışır. Yanğının dərəcəsi kifayət qədər yüksək kimi qiymətləndirilir. Qeyd olunur ki, məbədin tavanına ziyan dəyə bilər.

Cohanq məbədi 2000-ci ildə rəsmi olaraq YUNESKO-nun ümumdünya irsi obyektləri siyahısına daxil edilib.

S.Xankişiyeva

 

Paylaş:
712

Son xəbərlər

Bütün xəbərlər