“Zeytun budağı”: məhv edilən terrorçuların sayı 1614-ə çatıb | 1news.az | Xəbərlər
Dünya

“Zeytun budağı”: məhv edilən terrorçuların sayı 1614-ə çatıb

13:06 - 18 / 02 / 2018
“Zeytun budağı”: məhv edilən terrorçuların sayı 1614-ə çatıb

Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində keçirilən "Zeytun budağı" əməliyyatında zərərsizləşdirilən terrorçuların sayı ilə bağlı son rəqəmləri açıqlayıb.

1news.az-ın anadolu-ya istinadla verdiyi xəbərə görə, "Zeytun budağı" əməliyyatının başlanğıcından bu günə kimi Afrində 1614 terrorçu zərərsizləşdirilib.

Qeyd edilir ki, hərbi əməliyyatlar zamanı 31 türk əsgəri şəhid olub, 170 hərbçi yaralanıb. Türkiyə ordusunun Afrində terrorçulardan azad etdiyi yaşayış məntəqələrinin sayı 65-ə çatıb.

Xatırladaq ki, "Zeytun budağı” əməliyyatı bu il yanvarın 20-də başlayıb.

S.Xankişiyeva

 

 

Paylaş:
579

Son xəbərlər

Sabahın hava proqnozu

15 / 05 / 2025, 13:49

Ölkədə doğum sayı azalıb

15 / 05 / 2025, 13:47
Bütün xəbərlər