XİN: İranda qəzaya uğrayan sərnişin təyyarəsində Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb | 1news.az | Xəbərlər
Siyasət

XİN: İranda qəzaya uğrayan sərnişin təyyarəsində Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb

14:00 - 18 / 02 / 2018
XİN: İranda qəzaya uğrayan sərnişin təyyarəsində Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb

Azərbaycanın İrandakı səfirliyinin ilkin məlumatına əsasən, İranda qəzaya uğrayan sərnişin təyyarəsində Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

1news.az-ın verdiyi xəbərə görə, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev əlavə məlumat olduğu təqdirdə ictimaiyyətə açıqlanacağını deyib.

Qeyd edək ki, bu gün İranda paytaxt Tehrandan Yasuc şəhərinə uçan "Aseman Airlines" şirkətinə məxsus "ART-72" tipli sərnişin təyyarəsi İsfahan vilayətinin Semiron rayonunda dağlıq ərazidə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 60 sərnişin və 6 heyət üzvü olub.

S.Xankişiyeva

 

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər