Özübərpaolunan elektron dəri hazırlanıb | 1news.az | Xəbərlər
Dünya

Özübərpaolunan elektron dəri hazırlanıb

17:46 - 18 / 02 / 2018
Özübərpaolunan elektron dəri hazırlanıb

ABŞ-ın Kolorado Universitetinin mütəxəssisləri elektron dərini toxunuşlara qarşı daha həssas olmağa imkan verən yeni texnologiyanı tətbiq ediblər.

Süni dəriyə təzyiq, temperatur və rütubətin ölçülməsi üçün sensorlar inteqrasiya edilib.

Yeni ixtiranın əsasında xüsusi polimer dayanır. Alimlər polimeri gümüş nanozərrəciklərlə örtüblər ki, bu da məmulatı daha möhkəm etməyə imkan verib. Elektron dəri olduqca elastikdir və asanlıqla lazımi formanı alır.

Yeni dərinin daha bir üstünlüyü də özünü bərpaetmə xüsusiyyətidir. Bu, ixtiranın uzun ömürlü olmasını təmin edəcək. Həmçinin elektron dəri tamamilə emal edilə bilər. Bunun üçün xüsusi məhluldan istifadə olunur.

S.Xankişiyeva

 

Paylaş:
664

Son xəbərlər

Bütün xəbərlər